+994 (50) 368-68-22
XİDMƏTLƏR
İstehsal sahəsi
İstehsal sahəsi 7ha ərazidə yerləşir. İstehsal sahəsində ayrılıqda qum anbarı, çınqıl anbarı, atsep anbarı, xırda çay daşı anbarı və beton istehsalı üçün müxtəlif ölçülü beton çənləri (SİLO) yer alır.
Sahədə yük avtomobillərinin (beton qarışdıran) bir-birlərinə maneə olmadan rahat hərəkət etmələri üçün istənilən şərait var. Yuxarıda sadaladıqlarımız hətta çox iri qabaritli avtomobillərin manevr etmələrinə maneə yaratmırlar.
Prosedur
İsti havalarda beton istehsalı zavodlarda quraşdırılmış su soyutma sistemlərindən istifadə edilməklə suyu 5°C- yə qədər soyutmaqla və quru buzdan istifadə etməklə, həmçinin isti havalar üçün nəzərdə tutulmuş qatqılardan istifadə etməklə yerinə yetirilir.
Soyuq havalarda isə betonun tərkibindəki materiallar və su buxar vasitəsilə müəyyən qədər qızdırılmaqla beton istehsal olunur. Şaxtalı havalarda beton istehsal edərkən materialları qızdırmaqla yanaşı betonun tərkibinə şaxtayadavamlı kimyəvi qatqılar da əlavə edilir.
Keyfiyyət
Betonun əsas keyfiyyət göstəricilərinə möhkəmlik, su keçirməzlik və şaxtaya davamlılıq aiddir. İstehsal olunan betonların qeyd olunan keyfiyyət göstəriciləri mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Betonun möhkəmliyi laboratoriya şəraitində yoxlanılır, bunun üçün betonun kub və konusun oturması şəkilli nümunələri hidravliki pressdə sıxılmaqla nümunənin markası müəyyən edilir. Tikinti sahəsində isə, əvvəlcədən tökülmüş betonların möhkəmliyini (markasını) Smit çəkicləri vasitəsilə müəyyən edirik.
LAYİHƏLƏR
HAQQIMIZDA
"Sumqayıt Dəmir Beton 12" artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Səhmdar Cəmiyyət özündə çox güclü kadr potensialı formalaşdırıb. Səhmdar Cəmiyyət Bakı, Abşeron və Sumqayıtda əsas beton istehsalçılarındandır, respublikanın tikinti kompleksinə daxil olan əsas qurumlar arasında böyük nüfuza və güvənə malikdir. Bütün bunlar isə illər ərzində yüksək keyfiyyət, dürüstlük və operativlik nəticəsində əldə olunub.
Məhz dediklərimizin və daim yeniliyə can atmanın, təşəbbüskarlığın nəticəsidir ki, "Sumqayıt Dəmir Beton 12" standartlara cavab verən beton və dəmirbeton elementlərinin istehsalı ilə məşğuldur.İş sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi Standartına malik sanballı bir qurumdur. Əməkdaşlarımız yüksək nizam-intizam və iş keyfiyyətinin yüksəldilməsi proqramı ilə çalışırlar. Bir sözlə, "Sumqayıt Dəmir Beton 12"-də sistem ən müasir tələblər səviyyəsində qurulub.
Onu da vurğulamaq istəyirəm ki, tikinti şirkətlərinə təkcə tələb olunan markada beton və dəmirbeton verməklə işimizi bitmiş hesab etmirik, eyni zamanda şirkətimizin mütəxəssisləri tərəfindən inşaat meydançalarında lazımi texniki xidmətlər göstəririk və çalışırıq ki, inşaatçılarımızı layihələr üzrə tələb olunan marka betonqarışıqları ilə təmin edək.
Zövqlə çalışırıq
Bizim üçün müştəri məmnunluğu vacibdir
ƏLAQƏ
Sual - Cavab
Böyük məmnuniyyətlə sizin bütün suallarınızı +994 50 368 68 22 nömrəsi vasitəsilə cavablandırmağa hazırıq.